ŞƏNBƏ, 05/07/2025, 04:14
Sayt menyusu
Axtarış
SAYTA GİRİŞ
E-poçt:
Parol:

18:27
FÜZULİDƏ 6 EVDƏN OĞURLUQ EDƏN ŞƏXS NARKOTİKLƏ YAXALANDI

Füzulidə 6 evdən oğurluq edən şəxs narkotiklə yaxalandı

    Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir neçə evdən oğurluq edən Ramil Əliyev saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalar zamanı Ramil Əliyevin 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vasif Əliyev saxlanılıb. Onun üzərində aparılan baxış zamanı 1 kiloqram marixuana və 1 ədəd tapança aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Kateqoriya: Fırıldaqçı | Baxışlar: 21129 | Sayta qeyd etdi: ƏDALƏT_DOKTRİNASI | Reytinq:
/0
Ümumi şərhlər: 0
avatar